Fotosessiya
Fotosessiya

Sezen Aksuya cinayət işi açıldı

Sezen Aksuya cinayət işi açıldı

Tanınmış müğənni Sezen Aksuya “Şahane bir şey yaşamak” mahnısına görə cinayət işi açılıb. 

OLAY yazır ki, sənətçini dini dəyərlərə təhqir və təhrif etdiyi iddiası ilə şikayət ediblər.

Buna səbəb, mahnıda yer alan “Salam deyin cahil Həvva ilə Adəmə” sözləri olub. Ankarada məhkəməyə müraciət edən şəxslərin vəkili Mikayıl Yılmaz Aksunun dini şəxsiyyətləri etibarsızlaşdırdığını, aşağıladığını bildirib. O, insanların haqlı olaraq qəzəbləndiyini söyləyib. Bundan başqa, Sezenin mahnısının yayımlanmasına qadağa və bu bəstədən qazandığı məbləğin müsadirə olunması istənilib.

Qeyd edək ki, sözügedən ifa haqda bir neçə gündür müzakirələr davam edir. Dindarlar Sezenin mahnısını tənqid edərək bunun dinə həqarət olduğunu bildirirlər.