Xalq artisti Firəngiz Mütəllimova Qarabağa yollanıb.
OLAY yazır ki, sənətçi Şuşadan və Xocalıdan fotolarını instaqram hesabında izləyiciləriylə bölüşüb.
Aktrisa paylaşımına “Allah şəhidlərimizə rəhmət etsin, dövlətimizi, vətənimizi, millətimizi, əmin-amanlığımızı və sərhəd bütövlüyümüzü qorusun” şərhini yazıb.
Qeyd edək ki, fotolarda onun bacısı və mərhum qardaşının oğlu da yer alıb.