Aktyor Murad İsmayıl Xalq artisti Qurban İsmayılov ilə tərəf müqabili olduqlarını açıqlayıb.
OLAY yazır ki, instaqram səhifəsində Qurban İsmayılovla birgə çəkilmiş şəkillərini paylaşaraq bu sözləri yazıb:
“Özünə və sənətinə böyük hörmətim olan dəyərli aktyorumuz, Xalq artisti Qurban İsmayılov ilə “Vaxtsız sevgi” serialında rol almaq çox xoşdur. Allah sizə can sağlığı versin. Maraqlı bir iş olacağına ümid edirəm”.
