Türkiyədə məşhurlara qarşı aparılan narkotiki maddə istintaqı çərçivəsində bəzi nəticələri əldə edilib.
OLAY yazır ki, ahaber.com.tr saytında yer alan məlumata görə, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın qanında və saç analizində narkotik maddə aşkarlanıb.
Qanında dərman tərkibli maddə aşkarlananlar isə Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Salidir.
İrem Derici, Feyza Altun və Ziynet Salinin istifadə etdiyi dərmanların yaşıl reseptlə alındığı bildirilib.
Qanında heç bir maddəyə rast gəlinməyən, təmiz çıxanlar Duygu Özaslan, Demet Evgar, Meriç Aral, Ceren Moray, Hadise və Özge Özpirinçcidir.
İstintaq çərçivəsində digər mərhələlərin də aparılması və hüquqi prosedurların davam etməsi gözlənilir.







