Fotosessiya
Fotosessiya

“Gəlinlərimizi porno ulduzları ilə səhv salmısız”

“Gəlinlərimizi porno ulduzları ilə səhv salmısız”

Aktrisa Çimnaz Soltanova və tanınmış stilist Elnur Həsənov arasında qalmaqal böyüməyə başlayıb.  

OLAY yazır ki, aktrisadan Elnurun tənqidlərinə cavabı gecikməyib. O, instaqramda post paylaşaraq Həsənovu qeyri-peşəkarlıqda ittiham edib:

“Bir Azərbaycan kişisi kimi qadının ayaqlarının arasında poza verib, şəkil çəkdirməklə nə demək istəyir? Yəqin Avropada erotik kinolarda rol almaq arzusundadır. Elnur bəy, xahiş edirəm, ağzınızı dezinfeksiya edib, 5 faizlik “pereks”lə yaxalayıb sonra adımı hallandırın. Dəyərli vaxtımı sərf edib səhifənizə baxdım və təəccübləndim. Deyəsən, Azərbaycanın saf, təmiz gəlinlərini porno ulduzları ilə səhv salmısınız. Ürəyinizdən belə gəlin bəzəmək, fotossesiya etdirib, makiyaja yox, sinə dekoltesinə üstünlük vermək keçirsə, Avropada erotik filmlərdə rol alan aktrisaları bəzəməyiniz məsləhətdir. Bura Azərbaycandır, Avropa deyil”.

Qeyd edək ki, E. Həsənov aparıcısı olduğu “Deməsəm, olmaz” verilişində Soltanovanın Yeni il ilə bağlı paylaşdığı görüntüləri qınayıb. O, aktrisanın ünvanına “Erotik səhnələrə çəkilmək istəyirsizsə, Avropaya gedin” fikirlərini səsləndirib.