Ana olmağa hazırlaşan aktrisa Eda Ece evlilik həyatından danışıb.
OLAY yazır ki, aktrisa 30 yaşından sonra evləndiyinə görə çox sevindiyini bildirib.
“Çox gözəl bir toyumuz oldu, amma mənə bir panika gəldi və titrəməyə başladım. Buğra əlimi tutdu və məni sakitləşdirdi. Yaxşı ki, 30 yaşımdan sonra evlənmişəm. 20 yaşlarında təcrübəsiz olursan”, - deyə, o, bildirib.
Qeyd edək ki, Eda basketbolçu Buğrahan Tuncer ilə evlidir. Cütlüyün yaxın zamanda qızları dünyaya gələcək.