Dünyaca məşhur müğənni Teylor Sviftin pərəstişkarlarından biri onu öz ölçülərində tortunu hazırlayıb.
OLAY yazır ki, tortu hazırlayan Lara Meyson uzun zamandır bu tortu hazırlamaq üzərində düşündüyünü deyib.
“Teylorun çox böyük fanatı olmasam da, onu həqiqətən çox bəyənirəm. Musiqisi, qadınlar üçün nümunə olmasını yüksək qiymətləndirirəm. Uzun zamandır bu haqda düşünürdüm. Teylor çox gözəldir və üz cizgiləri mükəmməldir. İnsanlar kiçik detalların fərqinə varacaqlar, çünki hər kəs onun necə göründüyünü bilir”, - deyə, o, bildirib.
Qeyd edək ki, sözügedən tort 1 həftə ərzində 38 saata hazırlanıb və 130 kq inqrediyentdən istifadə olunub.