Fotosessiya
Fotosessiya

80 yaşlı De Nironun 10 aylıq qızı

80 yaşlı De Nironun 10 aylıq qızı

Dünyaca məşhur aktyor Robert De Niro 10 aylıq qızı Gia ilə fotosunu paylaşıb.

OLAY yazır ki, 80 yaşlı aktyor qızının öz uşaqlığına bənzədiyini deyib.

O, bildirib ki, övladları və nəvələri də Gianı çox sevir.

Qeyd edək ki, 2 dəfə ailə həyatı quran aktyor 7 övlad atasıdır. Onun 1-ci övladı 56 yaşında ikən, 7-ci övladı isə 10 aylıqdır. Gia Robertin 47 yaşlı sevgilisi Tifani Çen ilə münasibətindən dünyaya gəlib.