Xəstələrinin həyat hekayəsini kitablara daşıyan türkiyəli psixiatr Gülseren Budayıcıoğlu açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, o, “Kırmızı oda” serialından sonra Türkiyədə psixiatr və psixoloqlara baş çəkənlərin sayının sayında ciddi bir artım olduğunu bildirib.
Qeyd edək ki, G.Budayıcıoğlunun kitablarına maraq “İstanbullu gelin” serialından sonra yaranıb. Hazırda TV-də onun müəllifi olduğu “Masumlar apartmanı”, “Kırmızı oda”, “Camdakı kız” kimi seriallar yayımlanır. “Doğduğun ev kaderindir” serialı da bu qəbildən olan ekran işlərindəndir.