Fotosessiya
Fotosessiya

Xoşqədəmlə Doğuş Yeni il üçün Kipr və Fransanı seçdi

Xoşqədəmlə Doğuş Yeni il üçün Kipr və Fransanı seçdi

Xoşqədəm Hidayətqızı Yeni ilə Kiprdə girib.

OLAY yazır ki, buna sənətçinin həyat yoldaşı Doğuşun orada hotellərin birində səhnə alması səbəb olub. Oğulları Arda və Arınla birgə media nümayəndələrinin suallarını cavablandıran cütlük yeni layihələrinin olduğunu söyləyib.

Doğuş bildirib ki, tezliklə “Best of” albomu çıxaracaq. O, bir neçə sənətçi ilə görüşlər etdiyini vurğulayıb.

X.Hidayətqızı isə Afrikadakı “Ağıllı kənd” layihəsindən söz açıb:

“Orada quyular qazılacaq. Enerji, elektrik, yollar inşa ediləcək. Bu, uzun illərdir xəyalım idi. Öz ölkəmdə 12 ildir belə layihələr edirəm”.

Qeyd edək ki, cütlük Kiprdən sonra Yeni il tətilini Fransada davam etdirib.