Rusiyanın Əməkdar artisti Dima Bilan alkoqolizmdən əziyyət çəkdiyini açıqlayıb.
OLAY yazır ki, məşhur müğənni bu barədə Kseniya Sobçakın yutub layihəsinə qonaq olarkən danışıb.
Bilanın sözlərinə görə, xəstəlik ən ağır həddə - üçüncü mərhələyə çatıb. İfaçı deyib ki, bəzən spirtli içki qəbul edərkən özünü saxlaya bilmir:
“Bəli, içirəm. Təəssüf ki, belə bir problemim var, yalnız sizə etiraf edirəm... İçəndə dayana bilmirəm”.
Qeyd edək ki, alkoqolizmin üçüncü mərhələsi psixi və fizioloji pozğunluqların və şəxsiyyətin sosial uyğunsuzluğunun başlanğıcı nəzərdə tutulur.