Fotosessiya
Fotosessiya

Dua Lipanın yeni saç düzümü ilə tanış olun!

Dua Lipanın yeni saç düzümü ilə tanış olun!

Dünyaca məşhur müğənni Dua Lipanın möhürünü vurduğu “Bob” saç düzümü yenidən tendensiya halını alıb.

OLAY yazır ki, istifadəsi rahat olan və hər zaman xanımlara xüsusi zərafət qatan model bir çox məşhur simanın seçimləri arasındadır.

Hətta uzun müddətdir saçını uzadan Dua da yenidən “bob” modelinə qayıdıb.

Ötən günlərdə “YSL Beauty” üçün çəkilişə qatılan Lipa instaqamda bir neçə fotosunu paylaşıb. Şıq kostyumu və parıltılı göz makiyajı ilə diqqət çəkən müğənninin yeni saç modeli də marağa səbəb olub.

Dalğalı saçları ilə olduqca bəyənilən müğənninin özü də bu görünüşündən məmnundur.