Fotosessiya
Fotosessiya

Vəfat edən qardaşının övladlarını belə təbrik etdi

Vəfat edən qardaşının övladlarını belə təbrik etdi

“Bu gün Balaşımın əmanətlərinin doğum günüdür. Zəhra və Firamın 6 yaşları tamam oldu. Ürəyimdə o qədər sözlər var, amma fikrimi cəm edib yaza bilmirəm”.

OLAY yazır ki, bu sözləri müğənni Xatun sosial şəbəkə hesabında yazıb. 

Vəfat edən qardaşının övladlarını təbrik edən sənətçi keşirdiyi hissləri dilə gətirə bilmədiyini qeyd edib: “Yalnız Allahım bilir. Bu günümüzə şükr edirəm. Rəbbimdən iki gül qızlarım üçün sağlamlıq, uzun ömür, gözəl bəxt, iman, ağıl, savad istəyirəm. Allah size qorusun, can parçalarım. Balaşım, ruhun şad olsun. Nurlar içində yat. Allah sənə rəhmət eləsin”.