Londonda "Chiltern Firehouse" otelində "British Vogue x Self Portrait Summer Party" keçirilib.
OLAY yazır ki, tədbirdə model Emili Ratajkovski, müğənni Rita Ora, aktrisa Milla Yovoviçin qızı Ever Qabo Anderson, Mik Cagger və Cerry Hallın qızı Elizabet Cagger, Cordan Dann, "Barbie"-nin aktrisası Hari Nef və başqaları iştirak edib.
Gecəyə həmçinin müğənni Şakira da qatılıb.
Emili Ratajkovski məclisdə kəsikli, məxmər paltarda görüntülənib. Ever Qabo Anderson açıq krem paltarda və atlas dabanlı ayaqqabıda gəlib.
Rita Ora qırmızı xalçaya alt paltarının üstünə geyindiyi tor libasda çıxıb. O, obrazını gümüşü çəkmələri ilə tamamlayıb.