Fotosessiya
Fotosessiya

Nərgiz İrinanı təhqir etdi

Nərgiz İrinanı təhqir etdi

Müğənni Nərgiz Zakirova Telegram kanalında həmkarı İrina Dubtsovanı təhqir etsə də, sonradan bu paylaşımı silib. 

OLAY yazır ki, arxiv skrinşotunu StarHit Telegram kanalı dərc edib.

O, “Niyə bütün bu bic Daşkəndə tələsir?” yazısı ilə Dubtsovanın iyunun 25-də Daşkənddə keçiriləcək konsertinin posterlərini paylaşıb.

Qeyd edək ki, 2022-ci ilin aprelində Nərgiz Zakirova Rusiyanı tərk edərək sosial şəbəkələrdəki “ağılsız”lardan şikayətlənib. O bildirib ki, Özbəkistanda qohumları ilə vaxt keçirir, yaradıcılıq layihələri üzərində işləyir. Mayda məlum olub ki, Zakirova 2072-ci ilə qədər Rusiyaya giriş qadağan edilib.

İfaçının sözlərinə görə, hava limanının işçiləri ona Rusiyaya giriş qadağası barədə məlumat verərkən pis halda olub. Müğənni qeyd edib ki, pasport yoxlanışından sonra ondan əlavə yoxlamalar üçün qalması istənilib, ondan sonra ölkəyə girişinə qadağa qoyulması barədə məlumat verilib. Zakirova əlavə edib ki, ona Özbəkistana biznes klass bileti verilib və 3 saatdan sonra o, artıq təyyarədə olub.