Müğənni Rihanna və sevgilisi, reper Eysəp Rokki “Louis Vuitton” brendinin şousuna qatılıb.
OLAY yazır ki, Paris Moda Həftəsi çərçivəsində markanın “Yaz/Yay 2024” kişi geyim kolleksiyası nümayiş olunub.
Şouda müğənni Rihanna və onun sevgilisi daxil olmaqla bir çox məşhurlar iştirak edib. Hazırda ikinci övladını gözləyən 35 yaşlı ulduz ənənəvi olaraq diqqəti qarın nahiyəsinə cəmləşdirə bilib. Sənətçi cins büstiyer top, aşağı belli cins şalvar və böyük ölçülü köynəkdən istifadə edib.
Rihanna görünüşünü 700 min dollarlıq “Jacob & Co brilyant” broş chokeri ilə tamamlayıb.