Louis Vuitton-un yeni kreativ direktoru Farell Uilyams brendin Rihannanın iştirak etdiyi ilk reklam kampaniyasını elan edib.
OLAY yazır ki, o, müğənninin şəkli olan reklam bannerinin qarşısında çəkdirdiyi fotonu yayımlayıb.
Rihannanın gözəlliyi indi Parisdəki Orsey Muzeyindəki nəhəng reklam lövhəsində nümayiş etdirilir. Şəkildə müğənni ənənəvi olaraq hamilə qarnını açan dəri köynəkdə əks olunub.
Qeyd edək ki, Uilyams ilk kolleksiyasını iyunun 20-də Parisdə Kişi Moda Həftəsinin açılışı günü təqdim edəcək. Mənbələrin məlumatına görə, şou brendin Parisdəki qərargahının ətəyindən başlayan Pont Neuf körpüsündə baş tutacaq.