Müğənni Filipp Kirkorov Moskvadakı yeni mənzilində seks məclisləri təşkil ediləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.
OLAY yazır ki, bu barədə o, “StarHit”ə danışıb.
Sənətçinin sözlərinə görə, o, hələ də Filippovski zolağında iki mərtəbəli mənzildə təmir işləri aparır. O, yeni mülkdə seks partiləri təşkil edəcəyi ilə bağlı söz-söhbətlərdən hiddətlənib.
“Orada terras var. Mən qış bağı salmaq, orada musiqi bəstələmək istəyirəm. Ziyafətlərlə yox, ailəmlə, uşaqlarımla maraqlanıram. Moskvada əyləncələr üçün gözəl klublar var. Ev isə evdir, rahatlıqdır, qaladır!”, - deyə, Kirkorov bildirib.
İfaçı insanları həyatı ilə bağlı dedi-qodulara inanmamağa çağırıb:
“Bəzən özüm haqqında cəfəngiyyatlar oxuyanda qorxuram. İnsanlar inanır, amma həyatda problemlərim var. Bəzən öz gözlərindəki tiri görmürlər, amma mənim gözümdə bir çöp axtarırlar. Təbii ki, qonaqlar mənim yanıma gələcək, amma terrasda heç bir əyləncədən söhbət gedə bilməz”.
Qeyd edək ki, Kirkorov yeni yaşayış sahəsi alması barədə apreldə məlumat verib. O, təmiri 2023-cü ilin sonuna qədər başa çatdırmaq istəyir, lakin zamanının olacağına əmin deyil. Sənətçi yeni evinin “saray”a oxşamayacağını bildirib. Əksinə, musiqiçi daha minimalist bir şey istəyir. Kirkorov səhnədə “qızılı və parıltı”dan bezdiyini etiraf edib.