Tanınmış aktrisa Dilan Çiçek Deniz evlilik yolunda ilk addımı atıb. Belə ki, sənətçinin islandiyalı sevgilisi Thor Saevarsson ona evlilik təklifi edib.
OLAY yazır ki, Dilan Boğaz mənzərəsində sevgilisinə “Hə” deyib. Bunun ardınca bir məkanda yemək yeyən cütlük jurnalistlərin suallarını cavablandırıb.
Deniz sevgilisinin körpüdə evlilik təklif etmə səbəbindən danışıb. O deyib ki, Thor bunu biri Avropa, digəri Asyadan olduğu üçün edib.
Həmçinin, toy tarixlərinin bəlli olmadığını söyləyib.
Thor isə türk dilində “Nəzər dəyməsin”,-deyə bildirib.