Fotosessiya
Fotosessiya

İrina evini 8,2 milyona satır

İrina evini 8,2 milyona satır

Dünyaca məşhur model İrina Shayk beş il öncə aldığı mənzili satışa çıxarıb.

OLAY yazır ki, o, 2016-cı ildə 6 milyon dollara aldığı evi 8, 2 milyona bazarlayıb. Bundan əvvəl o, sözügedən mənzili ayda 20 min dollara kirayərə verirdi. 

Nyu-Yorkda yerləşən lüks bina evinin iki yataq otağı, xüsusi eyvanı var. Həmçinin, ev “Hudson” çayı mənzərəlidir. Mənzilin yerləşdiyi binada idman zalı, üzmə hovuzu və sair kimi xidmətlər mövcuddur.

Binada Ben Stiller və Jon Bon Jovi kimi məşhurlar da yaşayır.