Fotosessiya
Fotosessiya

Xalq artistinə kürəkənindən təbrik

Xalq artistinə kürəkənindən təbrik

Xalq artisti Zümrüd Məmmədovanın 67 yaşı tamam olub. 

OLAY yazır ki, bununla bağlı onun kürəkəni, rejissor Elvin Abdulla paylaşım edib.  O bildirib ki, həm qayınanasının, həm də övladının ad günüdür:

“Birincisi, mənim əziz qayınanam, Respublikanın Xalq Artisti Zümrüd Məmmədovanın doğum günüdür. Zümrüd xanım nəinki xalqın və dövlətin sevimlisi, sayılıb seçilən sənətkarıdır.

Daha da önəmlisi mənə dünyanın ən mükəmməl xanımını - əziz həyat yoldaşımı bəxş edən ana olduğu üçün ona öz təşəkkürümü bildirirəm. Allahdan uzun ömür və cansağlığı arzulayıram!Təbriklər, əziz Zümrüd xanım. Həm də bu gün mənim balamın, qızımın 1 yaşı tamam olur. O atasının eşqi, ürəyi, canı, şahzadəsidir. Qızım başda olmaqla bütün balaların xoşbəxtlik, əmin-amanlıq içində yaşaması, dünyaya, insanlığa xeyirli övlad olması diləyi ilə övladım Zümrüd xanımı ürəkdən təbrik edirəm”.