Amerikanın iş aləmindən bəhs edən “Forbes” jurnalının tərtib etdiyi siyahıda milyarder qadınların sayı ötən il 327, 2023-də 337 olub.

Bəs dünyanın ən varlı 10 qadını kimdir? OLAY həmin xanımları təqdim edir:

“L'Oréral”ın varisi 69 yaşlı Françoise Bettenkourt Meyers üçüncü dəfə dünyanın ən varlı qadını olub. Ötən il onun sərvəti təxminən 5 milyard dollar artımla 80,5 milyard dollara (138 milyard manat) çatıb. 

Dünyanın 10 milyarder qadını!

Culiya Koç və ailəsi 59 milyard dollarla (101 milyard manat) ikinci sıradadır. Amerikan iş xanımının sərvətinin mənbəyi “Koch İndustries” şirkətidir.

Dünyanın 10 milyarder qadını!

73 yaşlı Alis Velton 56, 7 milyard dollarla (97 milyard manat) dünyanın ən varlı üçüncü xanımıdır. Dünyaca məşhur “Walmart” mağazalar şəbəkəsi Veltona məxsusdur.

Dünyanın 10 milyarder qadını!

Cekquilayn Mars 38, 3 milyard dollarla (67 milyard manat) ən zəngin dördüncü qadındır. 83 yaşlı iş xanımı məşhur “Mars” brendinin sahibidir.

Dünyanın 10 milyarder qadını!

Miriyam Edilson ailəsi ilə birgə 35 milyard dollarlıq (60 milyard manat) sərvətlə siyahıda beşinci yerdir. Bir müddət siyasətlə də məşğul olan Edilsonun həyat yoldaşı Şildon Edilsonun Las Veqasda, həmçinin dünyanın bir çox ölkəsində kazino və hotelləri var.

Dünyanın 10 milyarder qadını!

Rafaela Aponte 31 milyard dollardan (53 milyard manat) çox mal varlığı ilə altıncı yerdə qərarlaşıb. Onun ailəsi dənizçiliklə zənginlik qazanıb.

Dünyanın 10 milyarder qadını!

Almaniyadan olan Susanne Klettin ümumilikdə 27, 4 milyard dolların (48 milyard manat) sahibidir və 7-ci yerdir. “BMW” şirkəti onun ailəsinə məxsusdur.

Dünyanın 10 milyarder qadını!

Qina Rinehart 27 milyard dollarla (46 milyard manat) 8-cidir. Rinehartın ailəsi isə mədənçiliklə məşğuldur.

Dünyanın 10 milyarder qadını!

“Amazon”un qurucusu Ceff Bezosun keçmiş xanımı Makkenzi Skott 24, 4 milyard dollarla (43 milyard manat) 9-cu, mədənçiliklə varlanan 80 yaşlı İris Fontbona və ailəsi isə 23,1 milyard dollarla (41 milyard manat) 10-cudur.

Dünyanın 10 milyarder qadını! Dünyanın 10 milyarder qadını!