Amerikalı pop ulduz Madonna ilə instaqramdakı açıq-saçıq şəkillərini tənqid edən reper Curtis James Jackson ( 50 Cent) arasında qalmaqal yaşanıb.
OLAY yazır ki, pop kraliça onun fotolarını ələ salan 50 Cent-ə sosial şəbəkə hesabında cavab verib. O, reperlə illər əvvəl çəkilən fotosunu paylaşaraq bu sözləri yazıb:
“Budur dostum kimi davranan, 50 Cent. İndi haqqımda pis-pis danışmaq qərarı almısan. Deyəsən, sosial şəbəkələrdə başqalarını ələ salaraq özünə yeni karyera planları qurursan. Məncə, sadəcə qısqanırsan. Çünki mənim yaşıma gələndə belə yaxşı görünə, ya da əvvəlki kimi əylənə bilməyəcəksən”.
Bu paylaşımdan sonra reper Madonnadan üzr istəyib.