Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev qəza barədə danışıb.
OLAY yazır ki, bu haqda o, “Xəzər xəbər”ə açıqlamasında deyib.
Vüsal Oqtay Əliyevin dəqiq ölüm səbəbinin bilinmədiyini söyləyib:
“Yaralılar müayinə olunur, həyati təhlükələri yoxdur. Hələ ki, Oqtayın ölüm səbəbi bilimir, dəqiq məlumat yoxdur. Çox güman ki, idarəetməni itirib”.
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Yusifov Adil isə açıqlamasında qəzada yaralanan Xalq artisti Mehriban Zəki və D. Əliyevanın müalicəsinin davam etdiyini, ölüm təhlükəsinin olmağını qeyd edib:
“Xəstəxanamıza iki şəxs müraciət edib. Onlardan biri Mehriban Zəki qapalı-beyin-kəllə travması, baş-beyin silkələnməsi, döş qəfəsinin və qarnının küt travması, sağ-saidin aşağı üçdəbirinin qapalı azyerdəyişmiş sınığı dianozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Bütün müainələr aparılıb. Hazırda onun müalicəsi xəstəxanamızın reanimasiya şöbəsində davam edilir. Digər xəstəmiz Dilarə Əliyeva da "acil" şöbəmizə yerləşdirlib. Onun stasionar müalicəyə ehtiyacı yoxdur. Döş qəfəsinin və qarnının küt travması, sağ aşıqbaldıroynağının əzik diaqnozu ilə hazırda xəstəxanamıza yerləşdirilib. Onların ölüm təhlükəsi yoxdur",