Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və “SOY” prodakşının rəhbəri Oqtay Əliyev ağır yol qəzasına düşüb.

OLAY-ın məlumatına görə, hadisə Saray yolunda, Abşeron rayonu ərazisində baş verib. 

Qəza nəticəsində ağır yaralanan Oqtay Əliyev dünyasını dəyişib. Mehriban Zəki isə xəstəxanaya yerləşdirilib.

Dilarə Əliyevanın səhhətinin qaydasında olduğu iddia edilir.