Əməkdar artist Dilarə Əliyeva tamaşaçıların ondan inciməsindən danışıb.
OLAY yazır ki, o Kazım Sübhanın təqdimatında yayımlanan “Mədəni şou”da bu barədə danışaraq bu sözləri deyib:
“Bəzi tamaşaçılar “Cavid ömrü” filmindən sonra “Çal çağır”dan küsdülər. Artıq məni orada görmək istəmədilər. Çünki məni Müşkünaz obrazında gördükdən sonra “Çal çağır”da görə bilmirdilər. Hətta bunu ilk dəfə açıqlayıram, filmin rejissoru Xalq artisti Ramiz Həsənoğlu mənə dedi ki, mən bilirdim sən bu rolu gözəl oynayacaqsan, mənim özümü belə təsirləndirəcəksən. Amma kaş mən səninlə müqavilə imzalayardım ki, səni bir şərtlə bu obraza çəkəcəm ki, sən televiziyaya, “Çal çağır” şouya qayıtmayacaqsan”.