İncəsənət
İncəsənət

Mədəniyyət Nazirliyindən Oqtay Əliyevin ailəsinə başsağlığı

Mədəniyyət Nazirliyindən Oqtay Əliyevin ailəsinə başsağlığı

Mədəniyyət Nazirliyi dünyasını dəyişən Oqtay Əliyevin ailəsinə başsağlığı verib

OLAY yazır ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Bu gün Azərbaycanın əməkdar mədəniyyət işçisi, televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Avtomobildə olan Xalq artisti Mehriban Zəki və mərhumun həyat yoldaşı, əməkdar artist Dilarə Əliyeva isə xəsarət alıblar.

Mədəniyyət nazirliyi qəzada həyatını itirmiş Oqtay Əliyevin yaxınlarına dərin hüznlə başsağlığı verir, qəzada yaralanmış həmkarlarımız Mehriban Zəki və Dilarə Əliyevaya şəfa diləyir”, - deyə, məlumatda qeyd edilib.