Aktyor Fərda Xudaverdiyev Gəncə və Mingəçevir konsertlərini yenidən təxirə salıb.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb.
Fərda bildirib ki, üzrlü səbəblərə görə konsertləri may ayına qədər təxirə salmalı olub. Bundan əlavə o, tamaşaçılara biletləri qaytara biləcəklərini deyib.
Qeyd edək ki, Fərda bir dəfə də sözügedən tədbirləri Türkiyədəki dəhşətli zəlzələyə görə təxirə salmışdı.