Musiqi
Musiqi

Türkiyədəki zəlzələyə görə konsertlərini təxirə saldılar

Türkiyədəki zəlzələyə görə konsertlərini təxirə saldılar

Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Abbas Bağırovun 7 fevralda baş tutması planlaşdırılan konsertləri təxirə salınıb.

OLAY yazır ki, bu barədə sənətçilər instaqramda məlumat yayıblar. Onlar bildiriblər ki, Türkiyədəki dəhşətli zəlzələdən çox sarsılıblar, buna görə də konsertlərinin vaxtını dəyişmə qərarı veriblər.

Qeyd edək ki, sözügedən tədbir Gəncə Dövlət Filarmoniyasında baş tutmalı idi.