Aktyor Fərda Xudaverdiyev Türkiyədəki zəlzələ ilə əlaqədar konsert tədbirlərini təxirə salıb.
OLAY yazır ki, bu barədə Fərda özü instaqramda məlumat yayıb. O bildirib ki, Mingəçevir və Gəncədə baş tutması planlaşdırılan konsertlərinin vaxtını dəyişdirib:
“Keçirilmə tarixi bir həftə sonraya çəkildi. Fevralın 18-i Mingəçevirdə, 19-u Gəncədə olacaq. Əldə etdiyiniz biletlər qüvvədədir. Allahdan faciə nəticəsində dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa diləyirəm. Anlayışınız üçün təşəkkürlər”,