Fotosessiya
Fotosessiya

“Bu, mənim uğurumdur” - Tolik xəbərdarlıq haqda

“Bu, mənim uğurumdur” - Tolik xəbərdarlıq haqda

Aparıcı-prodüser Tarix Əliyev Audiovizual Şuranın “Ümid ilə gəl” verilişinə etdiyi xəbardarlıqla bağlı açıqlama verib. 

OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Tolik bildirib ki, bu xəbərdarlığa görə sevinib:

“Bu, mənim uğurumdur. 5 ildən çoxdur televiziyadayam. Heç bir şou verilişimdə problem olmayıb. Deməli, bəzi sosial verilişlər kimi öndəyəm, gündəmdəyəm və nəzarətdəyəm. Buna görə sevinirəm.

Bəzi aparıcılar bilirlər ki, 7 aya yaxındır ki, bu verilişi aparıram. Jurnalistika sahəsində çox peşəkar olmasam da, bəzi diplomlu aparıcılardan söz bazam, həm də fikirləri cəmləşdirib insanlara çatdırma, onların problemlərini analiz etmə qabiliyyətim çoxdur. Uğurlarım bol olsun. Bu gün Audiovizual Şura mənim də sosial verilişimi nəzərdən keçirib, irad bildirirsə, bu mənim gələcəkdə daha da təkmilləşməmə səbəb olacaq. Və adını çəkdiyim şəxs şəhid qızını oğluna alıb, dünyaya gələn nəvəsinin serebraz iflic olduğunu biləndən sonra boşatdırıb, aliment vermir, pulsuz qoyur. Üstəlik özü də qanunsuz sələmə pul verirsə, mənim üçün o, cinayətkardır”.