Türk dizayner Dilara Fındıkoğlunun dəfiləsi sosial mediada maraqla qarşılanıb.
OLAY yazır ki, bu barədə “Vogue” dərgisi görüntülər paylaşıb və sənətçidən müsahibə alıb.
O bildirib ki, “Kişilərin ərazisi deyil” adlı şou qəzəbli, feminist, cinsi, siyasi: mürəkkəb, doğru və gözəl idi.
Dəfilə bir çox məşhur dərgilərin və media portallarının diqqətini çəkib, libaslar sosial şəbəkələrdə müzakirə yaradıb.