Fotosessiya
Fotosessiya

“Bu mənə uzun illər travma qalacaq”

“Bu mənə uzun illər travma qalacaq”

Aktyor Cavidan Novruz ötən günlərdə vəfat edən atası, Xalq artisti Ramiz Novruz haqda növbəti açıqlama verib.

OLAY yazır ki, bu barədə o, instaqramda status paylaşıb. Cavidan deyib ki, hazırda çox pisdir və sosial şəbəkələrdən bir müddət uzaq qalacaq:

“Bu sabah ilk dəfə atasız sabahı açdım. İndi atasız yatmağa hazırlaşıram! Allahdan tək istəyim Ramiz Novruzun yuxuma heç olmasa 1 dəqiqəlik belə olsa, gəlməyini istəyərdim. Məni yalnız yerimdə olan, bu acını yaşayan insanlar tam şəkildə anlayacaq! Sözüm budur ki məlum məsələyə görə bu günlərdə heç cürə sosial şəbəkə haqqında düşünmürəm! İndi sadəcə baxdım və yazılarınızı rəylərinizi gördüm, sadəcə hər kəsə ayrı-ayrılıqda nəsə yaza bilmirəm! Amma yazmağa da məcbur qaldım, hörmətsizlik kimi anlamayın xahiş edirəm.

Bir onu deyə bilərəm ki, Allah hər birinizdən razı olsun. Atamı nə qədər sevdiyinizi o qədər hiss etdirdiniz ki, bu mənə və ailəmə ən gözəl təskinlik idi! Bütün Ramiz Novruz yaradıcılığını sevənlər Allah sizdən min dəfə razı olsun! İnanın, çox pisəm! Mən arxa-dayağım olan insanı gözlənilmədən itirdim ki, bu mənə uzun illər travma qalacaq! Hər birinizə təşəkkür edirəm! Həm burada yazan dostlarıma, həm bu gün yanımda olanlara! Həm teatr kollektivimə, "Komedixana" komandasına, çalışdığım musiqili məkanlarda olan dostlarıma oranın rəhbərliklərinə, hamınıza minnətdaram! Çox güman ki nə burada olacam, nə efirlərdə, nə də səhnədə! Çünki psixoloji mənəvi hər şeydən soyumuşam, açıq və səmimi deyirəm!”.