“Best model of Azerbaijan 2004”ün qalibi İlqar Əliyev Türkiyəyə yardım aparıb.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. İlqar deyib ki, toplanan yardımlar Adananın havalimanına çatdırılıb:
“Bəli, ilk gündən can qardaşımız Türkiyənin yanındayıq. Necə deyərlər: dost, dar gündə tanınar. Bacardığımız qeder yardım aparırıq. Adana hava limanına enər enməz. Çox xoş sözlərlə bizi qarşıladılar. O qeder çox sağ olun sözləri eşitdik. İkinci Qarabağ müharibəsindən sonra eyni şeylər də biz tərəfdən edilib. Yəni ki, sevgimiz qarşılıqlıdı. Allah türkü qorusun.
Bir millət iki dövlət. Bu səfərdə gördüklərimi lentə alıb sizinlə də bölüşmək qərarına gəldim. Balaca bir şey edib elə bərkdən onu elədik. Bunu elədik deyənlər görürəm ki, düşündüm bizdə böyük şey edirik, niyə də mən göstərmiyim”.