Xalq artisti Afaq Bəşirqızı Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı fikirlərini bölüşüb.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Aktrisa deyib ki, millətimiz günlərdir qardaş ölkəni düşünür:
“Artıq xalqım, millətim neçə gündür ki nə gecə bilir, nə gündüz. Qardaşını, xalqı fikirləşir. Bilmir, nə etsin, necə etsin ki, təki Türkiyəni sakitləşdirsin, Türkiyənin dərdini azacıq da olsa, unutdursun. Əl tutur, özü gedir, yerin dərinliyindən xilas edir. Hər bir cansızın canımızdan can apardı, Türkiyəm. Hər bir dağıntın üstümüzə yağdı, amma möhkəmik, möhkəm olacağıq. Bu yəqin ki, iki dövlət, bir millətin Allah tərəfindən sınağıdır. Sənə möhkəmlik arzulayıram. Xalqım həmişə səninlədir. Xalqıma qurban olum, necə böyük xalqdır. Allah bu çətinlikdən bizi tezliklə qurtarsın. Azərbaycan səninlədir, Türkiyə! Azərbaycan səninlə fəxr edir, Türkiyə! Allah bir də belə sınağı göstərməsin. Amin”.