Fotosessiya
Fotosessiya

Anasının öldüyü gün qızı dünyaya gəlib

Anasının öldüyü gün qızı dünyaya gəlib

Aktrisa Pınar Altuğ qızı Su Atacan və anası Selma Altuğla bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi övladının doğum günü olduğunu qeyd edib. O, həmçinin Suyun anasının vəfat etdiyi gün dünyaya gəldiyini bildirib.

“Həyatımın ən mürəkkəb, qarışıq hisslərini yaşadığım gün – 27 yanvar… Anamı itirdikdən düz 10 il sonra eyni xəstəxanada qızımı qucağıma aldığım gün. Əziz anam, kaş yanımda olardın, amma bilirəm ki, bizi görürsən, izləyirsən... Canımın içi, əziz qızım, yaxşı ki dünyaya gəlmisən. Səni hər şeydən çox sevirəm”, - deyə, Pınar vurğulayıb.