Xalq artisti Brilliant Dadaşova Tehranda Azərbaycan Səfirliyində törədilən terror aktına münasibət bildirib.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Hadisədən görüntülər paylaşan Dadaşova bu sözləri bildirib:
“Bu gün xaincəsinə İrandakı Azərbaycan səfirluyinə hücum edilib. Əlləriniz qırılar inşallah. Silahlı şərəfsizin üstünə əliyalın cuman Azərbaycan igidi”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.