Fotosessiya
Fotosessiya

Oxşarlıq gözdən qaçmadı

Oxşarlıq gözdən qaçmadı

Müğənni Xatun Əliyevanın obrazı Xalq artisti Röya Ayxanı xatırladıb. 

OLAY yazır ki, ötən gün Xalq artisti Aygün Kazımovanın ad günündə iştirak edən sənətçi R. Ayxanın “Ağla” klipində istifadə etdiyi libasın bənzərini geyinib.

Donun kəsiminin, sağ tərəfindəki detalların, hətta yarığının da oxşar olması diqqətdən qaçmayıb. Röyanın cəsarətli libasından fərqli olaraq Əliyeva paltarı daha qapalı şəkildə istifadə etməyi seçib.

Qeyd edək ki, Röyanın libası Gülşah Saraçoğlunun dizaynıdır. Xatunun geyimi isə yerli atelyelərdən birində hazırlanıb.