Türk fenomen Selin Ciğerci keçmiş ərinin uşaq paylaşımına aydınlıq gətirib.
OLAY yazır ki, o, Gökhan Çıranın ata olduğunu açıqlaması ilə bağlı instaqramın hekayə bölümündə danışıb. Selin deyib ki, Gökhanla evli olduğu müddətdə övladlıq götürmək üçün sənədləri hazırlayıblar:
“Mən ana olmaq istədiyimi hər zaman demişəm. Keçmiş həyat yoldaşımla barışmaq kimi bir söhbət yoxdur. Övladımızı gözləyirik, onun otağı da hazırdır. Qızımızı ayrılan hər ata-ana kimi böyüdəcəyik. O, istədiyi vaxt gəlib görəcək, aparacaq. Qızımızın adı Saedet Selenay Çıradır. Gökhanın soyadındadır, çünki atası odur. Mən övladımı ölkəmdə böyütmək istəyirəm, amma siz belə etsəz, onu da götürüb İngiltərəyə gedəcəyəm”.
Qeyd edək ki, Selin cinsiyyət dəyişdirərək qadın olmuşdu.