Videoqraf Fuad İsmayılov bloger həyat yoldaşı Asya İsmayılovadan (Aslanova) boşanması barədə sualları cavablandırıb.
OLAY-ın əldə etdiyi məlumata görə, cütlük 10 yanvarda rəsmi olaraq boşansa da, təsvir rejissoru Asya ilə ayrıldığı üçün peşman olduğunu bildirib:
“Onu tanıyana qədər uzun müddət idi kimisə sevmirdim. Ümumiyyətlə, gec və çətin sevən biriyəm. Raulu sevirəm, ancaq Davidə hələ də tam isinməmişəm. Sevgisini çox dərinə qazıb basdırmışam deyə, söküb ata bilmirəm. Asya da özünü unutmuş kimi göstərir. Barışsa, barışaram. Hətta bir dəfə evlilik təklifi etmişəm, qəbul etməyib”.
“Hər zamankından çox sevməyinizə səbəb nə oldu” sualına isə o, “Ayrı qalmağımız” deyə, cavab verib.
Fuad sual-cavab zamanı bağışlanmaq üçün içkili halda Asyanın evinə getdiyini də etiraf edib.
Qeyd edək ki, cütlük ötən ilin aprelində ayrılıb. Onların iki övladı var.