Fotosessiya
Fotosessiya

Onun da “Kelebek”dəki geyimi replika imiş

Onun da “Kelebek”dəki geyimi replika imiş

İnfluenser Aytən Həmidlinin (by_aitanfarzaliyeva) Türkiyədə baş tutan “Altın kelebek” mükafatlandırma gecəsindəki geyiminin replika olduğu məlum olub.

OLAY yazır ki, sözügedən libasın “Moschino” italyan moda evinə məxsus paltarın bənzəri olduğu üzə çıxıb.

Hətta həmin dəsti “Met Gala 2022”də Kloe Kardaşyan da istifadə edib. Kloe açıqlamasında paltarın 10 günə hazırlandığını bildirmişdi.

Qeyd edək ki, müğənni Ayaz Babayevin də “Altın kelebek”dəki geyiminin replika olduğu məlum olmuşdu.