Fotosessiya
Fotosessiya

MET Gala-da 33,7 milyon toplandı

MET Gala-da 33,7 milyon toplandı

Nyu- Yorkdakı Metropolitan İncəsənət Muzeyinin Kostyum İnstitutuna kömək məqsədi ilə təşkil etdiyi tədbir məşhurların geyindiyi geyimlərlə seçilsə də, toplanan ianələr moda dünyası üçün böyük əhəmiyyət kəsb edir.

OLAY yazır ki, xeyriyyə balı pandemiya səbəbindən keçən il keçirilmədiyi üçün bu il iki dəfə təşkil olunub. Muzeyin açıqlamasında bildirilir ki, iki gecədən ümumilikdə 33,7 milyon dollar dəyərində ianə toplanıb.

Met Gala-da moda, musiqi, idman və ya bir çox digər sahələrdən 400-dən çox qonaq iştirak edib. 

Moda dünyasının ən cazibədar gecəsi olan Met Gala 2022-nin mövzusu “Amerikada: Moda Antologiyası” olaraq təyin olunub.