Müğənni Ayaz Babayevin Türkiyədə baş tutan “Altın Kelebek” ödül gecəsindəki geyiminin replika olduğu məlum olub.
OLAY yazır ki, sənətçinin yerli atelyelərdən birində hazırlanan zərli dəsti məşhur brend “Dolce&Gabanna”ya məxsus paltarın oxşarıdır.
Hətta həmin paltarı 18 noyabrda reallaşan “Latin Grammy Awards of 2022”də kolumbiyalı müğənni Sebastian Yatra geyinib. Onun kostyumu ilə Ayazın geyimini sadəcə bir neçə detal fərqləndirir. Belə ki, Sebastianın paltarının üst hissəsi tünd yaşıl rəngli, böyük daş-qaşlarla bəzədilib. Ayazın kostyumu isə daha xırda zərlərlə hazırlanıb. Bundan əlavə, geyimin kəsimi, quruluşu, qurşaq hissəsi demək olar ki, eynidir.