Əməkdar mədəniyyət işçisi Leyla Quliyeva övladları ilə bağlı paylaşım edib.
OLAY yazır ki, tanınmış aparıcı övladlarının uğurunu instaqram izləyiciləri ilə bölüşüb:
“Son günlər hadisələr və tədbirlər çox intensiv dəyişir. Amma yuvarlaqlaşdıranda başa düşürəm ki, məni ən çox sevindirən övladlarımın nailiyyətləridir. Oğlum və qızım “SAF2022” Beynəlxalq Steam Festivalında hərəsi öz komandası ilə iştirak edib, biri qızıl, digəri bürünc medal qazanıb. Mən aparıcı olaraq səhnədə idim, övladlarım isə iştirakçı kimi.
Onları səhnəyə dəvət edib, mükafatlandırılmasını izləmək, bütün digər ağıllı, istedadlı uşaqların içərisində onları da görmək bilirsiniz nə boyda sevinc idi? Hər kəsə bu hissi yaşamağı arzu edirəm”.