Fotosessiya
Fotosessiya

Burakdan tənqidlərə cavab

Burakdan tənqidlərə cavab

Burak Özçivit təcavüzdə günahlandırılan Kevin Spesi ilə fotosundan sonra ünvanına yazılan tənqidlərə cavab verib.

OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda paylaşım edib.

“Bu qədər həssas və kədərli mövzunu sonradan öyrəndim. Və öyrəndikdən sonra bununla bağlı lazım olanı etdim. Bildirmək istəyirəm ki, bu mövzunun qəti əleyhinəyəm”, - deyə. Burak bildirib.

Qeyd edək ki, sosial şəbəkə izləyiciləri Özçivitin Hollivudun kənarlaşdırdığı, arasında 14 yaşında uşaq olmaqla 30 nəfərə təcavüz etməkdə ittiham edilən, “Netflix”dən uzaqlaşdırılan və 31 milyon dollar təzminata məhkum olunan aktyorla foto paylaşmasını düzgün hesab etməyib. Onun bu paylaşımına xanımı Fahriye Evcenin də ürək emojisi atması qəzəblə qarşılanıb. O, bu linçdən sonra fotonu səhifəsindən silib.