Türk aktyor Burak Özçivit sosial şəbəkələrdə tənqid olunub.
OLAY yazır ki, buna səbəb isə Qətərə yollanan sənətçinin təcavüzdə günahlandırılan Kevin Spesi ilə bir araya gəlməsidir.
Aktyorla fotosunu paylaşan Burakı istifadəçilər sərt tənqid edib. Onlar Özçivitin Hollivudun kənarlaşdırdığı, arasında 14 yaşında uşaq olmaqla 30 nəfərə təcavüz etməkdə ittiham edilən, “Netflix”dən uzaqlaşdırılan və 31 milyon dollar təzminata məhkum olunan aktyorla foto paylaşmasını düzgün hesab etməyib.
Onun bu paylaşımına xanımı Fahriye Evcenin də ürək emojisi atması qəzəblə qarşılanıb. O, bu linçdən sonra fotonu səhifəsindən silib.