“Spice Girls” qrupunun keçmiş solisti, iş qadını və futbolçu Devid Bekhemin xanımı Viktoriya onu çoxsaylı plastik əməliyyatlar etdirdiyini deyənlərə cavab verib.
OLAY yazır ki, 48 yaşlı Viktoriya rəfiqəsi, məşhur vizajist Şarlotta Tilberinin Milad videosunda rol alıb. O, artıq estetik iddialarından yorulduğunu söyləyib.
“İnsanlar həmişə deyirlər ki, rinoplastika etdirmişəm, amma heç vaxt elətdirməmişəm, həmişə belə burnum olub. Gördüyünüz dəyişikliklər yalnız düzgün makiyajın sirləridir”, - deyə, Bekhem bildirib.
Etirafdan sonra Şarlotte Tilbury Victoriyanın burnunun kontur və işıqlandırıcının köməyi ilə vizual olaraq necə kiçildildiyini göstərib.
Qeyd edək ki, 2017-ci ildə Viktoriya Bekhem “Vogue” jurnalında özünə açıq məktub dərc edib və orada döşlərində plastik əməliyyat keçirməsindən danışıb.
Müğənni gənclik illərində implantların köməyi ilə sinəsini böyütsə də, bir neçə ildən sonra əvvəlki ölçüsünə qayıdıb.