Fotosessiya
Fotosessiya

Ən zövqsüz kim idi?

Ən zövqsüz kim idi?

“Altın Kelebek” mükafatlandırma mərasimində azərbaycanlı ulduzların geyimi xüsusilə müzakirə yaradıb. Onlardan kimisi bəyənilib, kimisi isə tənqidlərə məruz qalıb.

OLAY gündəmdə olan mövzu ilə bağlı modelyer Aynur Xəlilova ilə əlaqə saxlayıb. O, “Parıldayan ulduzlar”ın stilini şərh edərək deyib ki, sənətçilər ümumilikdə pis görünməyib. 

Xəlilovanın fikrincə, Turanə Hüseynlinin geyimi ona tam uyğun olub:

“Turanənin bədən xəttlərinə hakiməm və ona tam uyğun bir geyim kəsimi idi. Çox gözəl görünürdi. Bilirsiniz ki, belə gecələrdə diqqət çəkmək çox önəmlidi. Qol hissəsindəki qızılı aksesuar diqqət çəkmək üçün əla seçim idi. Tək bəyənmədiyim onun kombinasiyasına uyğun olmayan saç düzümü idi. Görüntü çox romantik qalmışdı. Ənsədə sıx yığılan at quyruğu saç düzümü və tünd bardovi dodaq boyası əla olardı”.

A. Xəlilova deyib ki, müğənni Ayaz Babayevin görüntüsünü çox bəyənib:

“Ayazı bəyəndim. Geyimi çox gözəl idi. Əsl ulduz kimi səhnədə parıldayırdı. Qurşaq hissəsindəki detal qalın olduğu üçün klassik havası var idi. Nazik olsa, daha yaxşı olardı. Buna baxmayaraq, Ayaz çox yaraşıqlı görünürdü”.

Modelyer müğənni Nazrynın stili haqda isə bunları söyləyib:

“Nəzrin çox gözəl xanımdır. Məncə, daha diqqətli hazırlaşa bilərdi. Belə yazanda, həmişə deyirlər, açıq geyinsə, bəyənərdiz. Xeyr. Tərz olmaq açıq geyinmək demək deyil. Qapalı libaslarla da çox dəbli ola bilərdi. Geyimi heç bəyənmədim, həm tikilişində qüsur var idi, həm də iki parça göz yorurdu, üst-üstə kəsimi, saçının açıq olmağı... Ən pis halda paltarın eyni rəng olmağı da həyat qurtarardı.  Nəzrin xanımın geyimini bəyənmədim”.