Fotosessiya
Fotosessiya

Qohum olduqları üzə çıxdı

Qohum olduqları üzə çıxdı

Məşhur telejurnalist Dilarə Səlim və müğənni Nərmin Kərimbəyovanın Xalq artisti Flora Kərimova ilə qohum olduğu məlum olub.

OLAY yazır ki, bu barədə D. Səlim F. Kərimova ilə birlikdə qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.

Teleaparıcı Flora xanımın onun atasının dayısı qızı olduğunu qeyd edib: 

“Nənəm - atamın anası Kərimbəyovadır. Siz də o nəsildənsiniz. Atamın dayısı qızısız”. 

İfaçı isə təəccüblənərək bu fikirləri qeyd edib:

“Atam soyadını Kərimbəyovdan dəyişib Kərimov etdi. Bu yaxınlarda mənə söylədilər ki, bəlkə, soyadınızı dəyişib Kərimbəyova edəsiz. Dedim ki, atamın ruhu inciyər. Ona görə dəyişdirmədim. Bir qohumum da var, o isə Kərimbəyova qaldı, müğənni Nərmin Kərimbəyova… Nərmin əmimin nəvəsidir”.