“Altın Kelebek” tədbiri ilə bağlı ölkəmizə təşrif buyuran Demet Özdemir Türkiyəyə qayıdıb.
OLAY yazır ki, sənətçinin müğənni həyat yoldaşı Oğuzhan Koç ona maraqlı qarşılama sürprizi hazırlayıb.
Belə ki, Oğuzhan Demetə aldığı gül buketinə Azərbaycan dilində “Evə xoş gəldin, əzizim” notunu yazıb. Demet bununla bağlı instaqramda paylaşım edib.